Aİ vaksinasiya üçün Azərbaycana maliyyə dəstəyini artırır


Avropa İttifaqı COVID-19-a qarşı vaksinin alınması məqsədilə "Şərq Tərəfdaşlığı" proqramına daxil olan ölkələrə maliyyə vəsaitini artırıb.


Bu barədə "Qafqazinfo" Avropa Komissiyasına istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistana təqdim olunan məbləğ 40 milyon avrodan 75 milyon avroyadək artırılıb.

Yeni yardım paketi vasitəsilə "Şərq tərəfdaşlığı" ölkələrinin vaksinlərə çıxış imkanlarının genişləndirilməsi, Aİ üzv ölkələri arasında vaksin mübadiləsinin asanlaşdırılması və vaksinlərin əldə olunması üçün xərclərin qarşılanması planlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu