Paytaxtda dəhşət: oğul atasını yandırdı


Paytaxtın Sabunçu rayonunda dəhşətli hadisə baş verib.


AFN xəbər verir ki, oğul benzin tökərək atanı yandırıb. Belə ki, qonşularının dediyinə görə, paytaxtda taksi sürücüsü kimi fəaliyyət göstərən Vəli adlı şəxs oğluna narkotik istifadə etməməsi, istifadə edənlərdən uzaq durması ilə bağlı öyüd edib. Bununla razılaşmayan İlyas adlı oğlan isə benzin tökərək atasını yandırıb. Hadisəyə qonşular müdaxilə etsələr də, ata ağır yanıq xəsarətləri alıb. Onun xəstəxanada müalicə aldığı bildirilir.

Rəsmi mənbələrdən AFN-ə verilən məlumata görə isə gənc oğlan hadisəni bilərəkdən törətməyib. Onun qaynatası ilə mübahisə etdiyi, həyat yoldaşını aparmaq istəyən qaynatasına acıq edərək avtomobili yandırdığı, bu əsnada atasının araya girərək xəsarət aldığı qeyd edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu