Bu gün Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsidir


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azər Paşayevin sədrliyi ilə Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun, onunla birgə mühakimə olunan Çingiz Səfərov, Rahil Babayev, Zəfər Abdulov, Eldar Mirzəyevin cinayət işi üzrə məhkmə prosesi davam etdiriləcək.

İttihama görə, Daşqın Nəsirov 2 ahıl qadının - 80 yaşlı Əzizəxanım Atayevanın və 90 yaşlı Xumara Şabanovanın Türkan qəsəbəsində, dəniz sahilində yerləşən bağ torpaq sahələrini saxtakarlıqla ələ keçirib. Zərərçəkənlərin şikayətindən sonra həyata keçirilmiş istintaq tədbirləri ilə Türkan qəsəbəsi sakinləri Daşqın Nəsirov və Çingiz Səfərovun 2019-cu ilin iyul ayında Xəzər rayon İcra Hakimiyyətinin Türkan qəsəbə nümayəndəsi vəzifəsində işləmiş Rahil Babayevi vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik edərək qəsəbə sakinləri 1939-cu il təvəllüdlü Əzizəxanım Atayevanın və 1928-ci il təvəllüdlü Xumara Şabanovanın ölmələrinə dair saxta sənədlər hazırlamalarına, daha sonra Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə ünvanlanmış məktublara qeyd olunan şəxslərə məxsus Türkan qəsəbəsi “Bağlar Məscidi” deyilən ərazidə yerləşən bağ sahəsinin guya Türkan qəsəbəsində Xəzər dənizinin sahilində yerləşməsini əks etdirən yalan məlumatlar daxil etmələrinə, bununla da dövlətə məxsus olan orta bazar qiyməti daha yüksək olan torpaq sahəsini və həmin torpaq sahəsinə dair əmlak hüquqlarını dələduzluq etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. Çingiz Səfərov və Daşqın Nəsirov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 320.2 (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) və başqa maddələri ilə, icra nümayəndəsi işləmiş Rahil Babayev isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. Sonradan isə Daşqın Nəsirov Binəqədi Rayon Məhkəməsinin qərarı ilə qanunsuz olaraq azadlığa buraxılıb. 80 yaşlı Əzizəxanım Atayevanın və 90 yaşlı Xumara Şabanova bu qanunsuzluğa etiraz edir və onun məhkəmə dövründə həbsdə saxlanılmasını tələb edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu