COVID-19 pasportu və ya immunitet sertifikatı olmayanların dini ayinlər icra etməsinə icazə verilməyəcək
İbadət yerlərində dini ayinlərin icrasında iştirakına icazə verilən şəxslər müəyyənləşib.
AFN-in xəbərinə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məsciddə və digər ibadət yerlərində riayət olunmalı qaydalarında bildirilib.
Qeyd edilib ki, yalnız COVID-19 pasportuna (peyvənd vurulmasına dair və ya immunitet sertifikatına) malik olan şəxslərin ibadət yerlərində dini ayinlərin icrasında iştirakına icazə veriləcək.