Təhsil Nazirliyindən "Son zəng"lə bağlı AÇIQLAMA
2020-2021-ci tədris ili üzrə məzun olan şagirdlərin sayı məlum olub.
Bu barədə Təhsil Nazirliyindən bildirilib. Qeyd edilib ki, bu il respublika üzrə XI sinifləri 84076 nəfər şagirdin bitirməsi proqnozlaşdırılır.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinin dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır.
Təhsil Nazirliyindən onu da əlavə ediblər ki, bu il "Son zəng” tədbirlərinin keçirilib-keçirilməməsi ilə bağlı hələ qərar verilməyib.(modern.az)