Azərbaycanda istifadə edilən vaksin Britaniya ştammına qarşı da effektivdir - RƏSMİ
Bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib
Xatırladaq ki, Mərkəzin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.
Qeyd edək ki, ölkədə yanvar ayının 18-dən etibarən vaksinasiya prosesinə başlanılıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır. Bu günə qədər ölkədə 468,826 nəfər peyvəndlənmə prosesində iştirak edib.