DİN feysbukda xoşagəlməz rəyin yazılması barədə açıqlama verdi: Montajdır
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə nazirliyin rəsmi feysbuk səhifəsinin adından vətəndaşa xoşagəlməz rəy yazılması iddiası ilə bağlı açıqlama verib.
DİN-in Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan foto montajdır.
Qeyd edək ki, sosial şəbəkələrdə DİN-in rəsmi hesabından vətəndaşa “bir öz vidinə bax, sonra nəsə yaz” yazılması iddiası ilə foto paylaşılıb. Həmin foto sosial şəbəkələrdə müzakirə edilib.