Ermənistandakı çevriliş cəhdinə Türkiyədən reaksiya - VİDEO

BAKU.WS xəbər verir ki, bu sözləri Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, demokratiyada vətandaşlar, xalq idarəetmə ilə bağlı tənqid edə bilər, istefa tələb edə bilər: "Amma əsgərlərin seçki ilə hakimiyyətə gələn hökumətə nəyinki çeviriliş çağırışı, heç istefa çağırışı da qəbul edilməzdir.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.
N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb.