Kreml Ermənistandakı hadisələrə münasibət bildirib


"Rəsmi Moskva Ermənistandakı hadisələrin inkişafını narahatlıqla izləyir".

"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov söyləyib.

"Biz bu hadisələri yalnız Ermənistanın daxili işi hesab edirik. Vəziyyət konstitusion nəzarət altında qalmalıdır", - o bildirib.

D.Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın "İsgəndər" raket kompleksi barədə dediklərinə isə cavab verməyib.

Rusiya Xarici İşlər Nazirliyi də Ermənistandakı son proseslər barədə bəyanat yayıb. Qurumundan bildirilib ki, baş verən hadisələr Ermənistanın daxili işləridir. XİN əlavə şərh verməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu