Türkiyəyə koronavirus vaksinlərinin növbəti hissəsinin tədarükü başlanır


Bazar ertəsi Türkiyəyə koronavirus vaksinlərinin ikinci partiyasının birinci hissəsi çatdırılacaq.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

"Vaksinlərin ikinci hissəsi (6,5 milyon doza) ölkəmizə bazar ertəsi axşam gətiriləcək. Çatdırmalar alınma planına uyğun olaraq həyata keçiriləcək ki, vaksinləmə proqramı fasilələrsiz həyata keçirilsin", - nazir qeyd edib.

Türkiyəyə növbəti tədarük çərçivəsində isə peyvəndlərin ümumilikdə 10 milyon dozası çatdırılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu