Moskva görüşündə hansı məsələlər müzakirə olunacaq? - Sabiq XİN rəhbərinin şərhi
Sabiq xarici işlər naziri Tofiq Zülfuqarov bu gün Moskvada keçiriləcək Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünü şərh edib.
Sabiq nazir görüşdə hansı məsələlərin müzakirə oluna biləcəyinə diqqət çəkib:
"Bugünkü görüşün formatı, daha doğrusu, Ermənistanın iştirakı müzakirə olunmalı məsələlərin siyahısını müəyyən edir. Həmin məsələləri təyin etməyə çalışaq:
1. 10 noyabr Bəyanatı ilə müəyyən edilmiş tədbirlərin icrasının gedişi və bunların praktiki cəhətdən reallaşdırılmasının vəziyyəti;
а) erməni qoşunlarının Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılması,
b) atəşkəs rejiminin stabilləşdirilməsi üzrə tədbirlər,
c) əhalinin doğma yurdlarına qayıtmasını təmin etmək üçün tədbirlərin praktiki cəhətdən reallaşdırılması,
d) regionda kommunikasiyaların, o cümlədən prioritet kimi təyin edilmiş (Laçın, Mehri) kommunikasiyaların normallaşdırılması,
e) sülhün dəstəklənməsi əməliyyatının, o cümlədən onun yeni komponenti olan Rusiya-Türkiyə müşahidə missiyasının praktiki cəhətdən reallaşdırılması məsələləri.
2. 10 noyabr Bəyanatının icrası zamanı bu sənəddə göstərilməyən məsələlərin həyata keçirilməsi zamanı yaranan problemlərin müzakirəsi;
а) Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhədlərin ilkin delimitasiyası, prosesin gedişatı və praktiki cəhətdən mübahisəli məsələlərin həlli,
b) sülhməramlı missiyanın funksiyalarının (mandatının), o cümlədən sülhməramlıların Rusiya-Türkiyə monitorinq missiyası ilə qarşılıqlı əlaqələrinin konkretləşdirilməsi,
c) Sülhməramlıların və Monitorinq Missiyasının nəzarətində olan ərazilərdən Ermənistan Respublikasının silahlı qüvvələrinin çıxarılması və bunların müəyyən edilməsi,
d) Laçın və Mehri dəhlizlərinin işləməsi qaydalarının konkretləşdirilməsi,
e) Sülhməramlı əməliyyatının məsuliyyət zonasında fəaliyyət göstərməkdə davam edən tərksilah və qeyri-qanuni silahlı birləşmələrin buraxılması mexanizmlərinin müəyyən edilməsi,
е ) əsir və girovların mübadiləsi üzrə razılaşmaların həyata keçirilməsi.
Hesab edirəm ki, təxminən bu məsələlər ətrafında müzakirə aparıla bilər. Mətbuat üçün bəyanatdan əlavə hansısa sənədin qəbul olunması ehtimalı azdır. Çox güman ki, əldə olunmuş razılaşmalar şifahi olacaq və məxfi saxlanılacaq”.