Bayram Səfərovun sərvətinin siyahısı yayıldı - FOTO


Bir zamanlar prezidentin keçirdiyi müşavirədə yatması ilə gündəm olan Şuşanın icra başçısı Bayram Səfərov bir neçə gündür Şuşaya getməməsi haqda verdiyi açıqlama ilə diqqət mərkəzindədir. Xatırladaq ki, icra başçısı hələ şəhərə getmədiyini, yolların minalı olması səbəbindən bu səfəri reallaşdıra bilmədiyini bildirib. İctimaiyyətdə haqlı olaraq suallar yaranıb: necə olur Şuşaya hərbçilər, dövlət məmurları, sənət adamları gedir, orda tədbirlər keçirilir, icra başçısı gedə bilmir?



Bu sualların fonunda B.Səfərova məxsus olduğu deyilən ev, obyekt və avtomobillərin siyahısı yayılıb. AFN xəbər verir ki, siyahını hüquq müdafiəçisi Taleh Xasməmmədov ictimailəşdirib.

O, özünün sosial şəbəkələrdəki hesabında yazıb: 28 il işğal altında olan Şuşa şəhərinin icra başçısı Bayram Səfərovun sərvətinin natamam siyahısı:

▪️Xətai rayonu, General Mehmandarov, ev 68, m. 9 ünvanında mənzil▪️Novxanıda yerləşən 6 milyon dollarlıq villa
▪️Dərnəgüldə daha bir mənzil
▪️Əhmədlidəki Leyla PALACE Şadlıq sarayı, restoran və PUB
▪️Nərimanov metrosu ərazisində bir neçə obyekti
▪️"Qala” restoranı
▪️"Kosmos” Restoranı
▪️Nərimanov parkında yerləşən "İstanbul” kafesi
▪️La Vita Cafe and Restoran
▪️Novxanı yolunun üzərində yerləşən aqlay daş plitələr istehsal edən sexləri
▪️Novxanıda mal-qara ferması
▪️Fermanın yaxınlığında gön-dəri sexi
▪️Binəqədidə hektarlarla torpağı
▪️M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən mədəniyyət və istirahət parkı
▪️Bakının müxtəlif yerlərində obyektləri və Sədərək, Binə bazarlarında çoxlu sayda dükanları
▪️Rufis adlı oğlunun adına "Kəklik" MMC şirkəti
▪️Oğlu polkovnik-leytenant Xəlil Səfərov Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisidir
▪️Qiyməti 50-60 min dollar olan "58-AA-001” dövlət nömrə nişanlı "Lincoln MKS” model avtomobil.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu