Türkiyədən ABŞ-a F-35 mesajı: Qarşısı alınmazsa...




Türkiyə və ABŞ arasındakı bəzi problemlərin iki ölkənin münasibətlərinə mənfi təsir etməməsi üçün tədbirlər görülməlidir.

AFN xəbər verir ki, bunu Türkiyənin ABŞ-dakı səfiri Sərdar Qılınc deyib.

“Vaşinqtonun YPG/PKK-ya verdiyi dəstək, FETÖ liderinə qarşı addımlar atmaması, Türkiyənin F-35 proqramından çıxması və Cənubi Kiprə tətbiq etdiyi silah embarqosunu qismən ləğv etməsi iki ölkə arasındakı əsas problemlərdir. Bu problemlərin qarşısı alınmazsa, ABŞ-Türkiyə arasındakı iqtisadi münasibətlərə zərər dəyə bilər. Düşünürəm ki, iqtisadi və siyası problemləri ayrı-ayrılıqda müzakirə etməliyik”, - səfir bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu