Ermənilər Tovuzun Ağdam kəndini yenə atəşə tutdu - FOTOLAR
Ermənistan ordusu Tovuz rayonu istiqamətində yaşayış məntəqələrini yenidən atəşə tutub.
APA-nın məlumatına görə, bu gün saat 11.00 radələrində rayonun Ağdam kəndi iriçaplı silahlardan atəşə tutulub.
Nəticədə Süleymanov Paşa Abbasəli oğluna məxsus evə ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb.
Düşmən cavab atəşi ilə susdurulub.