Xanım müğənnimizin bacısı və övladları da koronavirusa yoluxdu




Əməkdar artist Lalə Məmmədovanın bacısı koronavirus infeksiyasına yoluxub.



Bu haqda axşam.az-a açıqlamasında müğənni özü məlumat verib. O bildirib ki, virus onun da ailəsindən yan keçməyib: "Bacım və övladları koronavirusa yoluxdular. Şükür, indi yaxşıdılar".

Karantin boyunca heç bir efirə qatılmayan Məmmədova bütün gününü övladları ilə keçirdiyini deyib: "Həmin ərəfədə yalnız övladlarım və ailəmlə oldum. Dəvət edirdilər, sadəcə, ruh halım o deyildi. Bağımda, ailəmlə birlikdə oldum. Bu günümüzə də şükür".

L.Məmmədova ölkə başçısının hədiyyə etdiyi evdən də söz açıb. O bildirib ki, evin təmir işləri artıq başa çatıb: "Hələ köçməmişəm".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu