Gəncədə Hacı Mir Qasım Ağa kəhrizi bərpa ediləcək




Bu günlərdə Gəncə şəhərindən bir qrup ziyalının müraciəti əsasında Gəncə Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edərək, Hacı Mir Qasım Ağanın 1914-cü ildə Gəncəyə çəkdirdiyi kəhrizin bərpa olunması məsələsinə baxmağı xahiş etmişdik.



AFN xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib. Onun sözlərinə görə, bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla telefon danışığı olub: "Hörmətli başçı məsələnin araşdırıldığını və gərəkən addımların atılacağını bildirdi.
Hacı Mir Qasım Ağa kəhrizinin bərpasını, cənab Prezidentin 23 iyulda ölkənin su təsərrüfatının mövcud vəziyyəti, qarşıda duran vəzifələr barədə keçirdiyi video-müşavirədə qaldırdığı məsələlərin həllinə bir töhfə, özünəməxsus xidmət dəyərində olduğuna inanıram.
Hörmətli Niyazi müəllimə operativ və olumlu reaksiyası üçün bir daha təşəkkürlərimi bildirirəm. Hesab edirəm, bu kəhrizin bərpası, həm şəhərdə içməli su üçün həm də, bir tarixi-mədəni abidə olmaq etibarı ilə qorunması baxımından çox önəmlidir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu