Mədəniyyət Nazirliyində daha bir vəzifəli şəxs işdən çıxarıldı
Mədəniyyət Nazirliyində daha bir kadr islahatı həyata keçirilib.
Nazirlikdən verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Aparat rəhbəri Babayev Fikrət Köçəri oğlu yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.