Xəzər rayonunda oğurluq edən şəxslər saxlanıldı




Xəzər rayonu ərazisindəki evlərin birindən kombi, 5 ədəd istilik radiatoru və təmir-tikinti aləti oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qəbələ rayon sakinləri Ə.Məsimov və M.Məmmədrəhimov saxlanılıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu