Azərbaycan-Türkiyə hərbi təlimləri başladı - VİDEO
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi keçirilir.
AFN bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir. Plana uyğun olaraq mövcud vəziyyət qiymətləndirilir, döyüş tapşırıqları dəqiqləşdirilir, real şəraitdə ərazinin kəşfi aparılır.
Müvafiq məruzələr dinlənildikdən sonra, təlimə cəlb edilən qoşunların qəbul olunan qərara əsasən tətbiqi üzrə tapşırıqlar ərazidə aydınlaşdırılır.