Bu il Azərbaycanda qeydə alınan zəlzələrin sayı açıqlandı




“Bu ilin altı ayı ərzində “Zəlzələlərin tədqiqatı bürosu” 5 303 (uzaq, regional və Azərbaycan) zəlzələ qeydə alıb”.



“Report” xəbər verir ki, bunu büronun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova deyib.

O bildirib ki, həmin zəlzələlədən 2 029-u yerli, 2 134-ü isə regional zəlzələlər olub: “1 140 isə uzaq zəlzələlərdir. İlin birinci yarısında Azərbaycan və ona bitişik ərazilərdə maqnitudası 3-dən yuxarı olan (ml>3) 47 zəlzələ qeydə alınıb ki, onlardan da 11-i hiss edilən zəlzələlərdir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu