“Soydaş” İB-nin sədri Kamran Ramazanlı Baş nazirə müraciət etdi




“Soydaş” İctimai Birliyinin sədri Kamran Ramazanlı Baş nazir Əli Əsədova müraciət edib.



İB-dən AFN-ə verilən məlumata görə, müraciətdə deyilir:

Cənab Baş nazir!
“SOYDAŞ” İctimai Birliyi olaraq, Azərbaycan Respublikasının ərazisində qalma müddəti başa çatmış Gürcüstan, o cümlədən digər xarici ölkə vətəndaşları olan soydaşlarımızın problemləri ilə səlahiyyətimiz çərçivəsində mütəmadi olaraq maraqlanır və bu yöndə onlara yardımçı olmağa çalışırıq.
Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması sahəsində ölkə rəhbərliyi, Nazirlər Kabineti və Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər çərçivəsində Gürcüstan, o cümlədən Rusiya Federasiyası vətəndaşlarının Miqrasiya Xidmətində qeydiyyata düşməsində İctimai Birliyin əməkdaşları xeyli əmək sərf edib.
Hesab edirik ki, iş yerlərinin müəyyən bir hissəsinin müvəqqəti bağlandığı, ölkədən çıxmaq üçün nəqliyyat vasitələrinin hərəkətinin dayandırıldığı, sərhədlərin bağlandığı bir dövrdə onlardan dövlət rüsumunun alınmaması ilə Azərbaycan hər zaman ona sığınanların nəzərində bir daha güvənc yerinə çevriləcəkdir.
Qeyd edilən səbəbdən və Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə, "Vətəndaşların müraciətləri haqqında" qanunun 1.1-ci maddəsinə uyğun olaraq, xarici ölkə vətəndaşlarının ölkəni tərk etməməsinin və ya edə bilməməsinin səbəbi onların özlərinin iradəsindən asılı olmadığından, onların ölkədə olma müddətinin uzadılmasına, həmçinin avtomobillərə görə dövlət rüsumunun alınmaması məsələsinə baxmağınızı xahiş eirik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu