“İçərişəhər” Muzey Mərkəzi koronovirusa görə online iş rejiminə keçdi




Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 14 mart 2020-ci il tarixli qərarına (ölkə ərazisində bəzi sosial izolyasiya tədbirləri) əsasən “İçərişəhər” Muzey Mərkəzinin bütün muzey və ekspozisiyaları iş fəaliyyətini dayandırıb.



Covid-19 (Corona virus) virusunun dünyada yayılması səbəbindən əksər dünya və ölkə muzeyləri online iş rejiminə keçib.

Bununla əlaqədar 16-17-18-19 və 20 mart 2020-ci il tarixlərində “İçərişəhər” Muzey Mərkəzinin muzey və ekspozisiyaları #MuseumFromHome heşteqi altında Sizinlə online ünsiyyət yaradacaq.

“İçərişəhər” Muzey Mərkəzinin mətbuat xidməti Səfayə Əhmədovanın verdiyi məlumatda bildirilir ki, gündə 2 dəfə saat 12:00-da və 15:00-da canlı yayımlar, digər vaxtlarda isə 3 D virtual gəzinti, kiçik video çarxlar, maraqlı fotoşəkillərin tarixçələri təqdim olunacaqdır. Beləliklə, evdə oturduğunuz halda virtual olaraq İçərişəhərin muzey və ekspozisiyalarını ziyarət edə biləcəksiniz.
Bu zaman Siz “İçərişəhər” Muzey Mərkəzinin mütəxəssisləri tərəfindən Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Qala Dövlət Tarix Etnoqrafiya qoruğu haqqında eləcə də bəzi maraqlı və unikal memarlıq abidələri, eksponatlar barədə canlı olaraq sual-cavabda iştirak etməklə məlumat ala biləcəksiniz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu