İqbal Ağazadənin nümayəndələri seçkini pozur: Seçici bülleten oğurladı - VİDEO
35 saylı Xətai üçüncü seçki dairəsində baş tutan seçki prosesində deputatlığa namizəd İqbal Ağazadənin tərəfdarları və Ümid partiyasından olan şəxslər seçkini pozmaqda davam edirlər.
Namizədin adamları qanunsuz olaraq "karusel əməliyyatı" yerinə yetirərkən və seçici daşıyakən Rauf Arifoğlunun səlahiyyətli nümayəndələri və məntəqə seçki komissiyaları tərəfindən qeydə alınıb və əməlləri aktlaşırılıb. Bir "karusel əməliyyatı"nın üstü açılıb. Belə ki, seçici olaraq məntəqəyə daxil olan şəxs bülleteni məntəqədən bayıra çıxarmağa çalışıb.
Məqsəd bülletenlərin 1 nəfər etibarlı şəxs tərəfindən işarələnərək növbəti seçici tərəfindən qutuya atılmasıdır.
Bu seçki fırıldaqlarının, o cümlədən seçici olan şəxslərin daşınması qeydə alınıb. Seçki Məcəlləsinə görə bu da qanun pozuntusudur. Həmin avtobuslar tutulub və hazırda cərimə meydançasındadır. Haqqında danışdığımız bütün müddəalar hamısı aktlaşdırılıb, sənədləşdirilib və videogörüntülər çəkilib.
Qeyd edək ki, deputatlığa namizəd İqbal Ağazadə özü vətəndaşların şəxsiyyət vəsiqəsini qeyd edərək hər birindən ona səs verəcəkləri ilə bağlı imza aldığını vurğulamışdı. Hazırda Bakir Həsənlinin də məhz nəyinsə qarşılığında səs verəcəyi ilə bağlı imza atan vətəndaşların iştirak edib-etməməsinə nəzarət edir.
Musavat.com