Millət vəkillərinin yüksək vəzifədə işləyən övladları: Nazir müavini, Gömrük sədri, Fond rəhbəri-SİYAHI




12 gündən sonra - fevral ayının 9-da ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu, həm də o deməkdir ki, yaxın günlərdə hazırkı millət vəkillərinin səlahiyyət müddəti başa çatacaq.



Azərbaycanın tarixində ilk dəfə olaraq Milli Məclisin buraxılması haqqında qərar qəbul edən hazırkı millət vəkillərinin bir-çoxunun övladları və yaxın qohumları müxtəlif sahələrdə yüksək vəzifə tutmaları ilə yadda qalıb.

Yaxın günlərdə millət vəkili statusunu itirəcək deputatların yüksək vəzifələrdə işləyən övladlarının və yaxınlarının siyahısını təqdim edirik:

- Millət vəkili, AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin oğlanlarından biri - Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi, digər oğlu Səhət Həbibbəyli isə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədridir.

- Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının rəhbəri olan Səttar Möhbalıyevin oğlu və eyni zamanda da bu yaxınlarda vəzifədən azad olunan Prezidentin köməkçisi Əli Həsənovun kürəkəni - İsfəndiyar Möhbalıyev Xəzər rayonu Polis İdarəsinin rəisidir.

- Millət vəkili Aqil Abbasın oğlu - Tuncay Abbasov Suraxanı Rayon Polis İdarəsinin 30-cu bölməsinin rəisidir

- Deputat Elman Məmmədovun oğlu - polkovnik-leytenantı Elşad Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisidir.

- Millət vəkili, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımov Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədridir.

- Millət vəkili, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun oğlu - Xəlil Bayramov Xətai rayon 34-cü Polis Bölməsinin rəisidir.

- Deputat Çingiz Qənizadənin oğlu - Elgiz Qənizadə Binəqədi rayon prokurorunun müavinidir.

- Deputat Flora Qasımovanın oğlu - polis polkovniki Elsevər Mirzəyev Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəis müavinidir.

- Millət vəkili Sahib Alıyevin qardaşı - Bayram Alıyev Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisidir.

- Milli Məclisin üzvü Vahid Əhmədovun oğlu - Zəfər Əhmədov Qaradağ rayonunun prokurorudur.

- Deputat İmamverdi İsmayılovun oğlu - polis mayoru İlkin İsmayılov Sumqayıt Şəhər Yol polisinin imtahan-qeydiyyat şöbəsinin rəisidir.

- Millət vəkili Hüseynbala Mirələmovun oğlu - polis-polkovniki Fərid Mirələmov Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi olub

- Deputat Ziyad Səmədzadənin oğlu Elşad Səmədzadə Azərbaycan İqtisadçılar İttifaqının sədr müavinidir. Böyük qızı Aygün Səmədzadə tanınmış bəstəkardır. Kiçik qızı Aytən Səmədzadə isə "İqtisadiyyat" qəzetinin baş redaktorudur.

- Millət vəkili, Xalqa artisti Zeynəb Xanlarovanın oğlu Ramin Babayev Standarlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədr müavini olub.

- Millət vəkili Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov da Fövqəladə Hallar Nazirliyində müavin vəzifəsində işləyir.

- Millət vəkili, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlanlarından biri Seymur Talıbov Naxçıvan Dövlət Universitetində prorektor, digər oğlu Rza Talıbov isə Dövlət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsində çalışır. /Yeniavaz.com

********************************************************************************

Bulud VPS

9.99 ₼ -dan başlayan qiymətlərlə


* 25 GB SSD Disk Həcmi
* 1 vCore
* 1 GB RAM
* 1TB Trafik
* 1 IPv4 ünvan
Daha geniş məlumat almaq istəyirsinizsə daxil olun: https://hostimul.com/cloud-vps-hosting/



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu