Rauf Arifoğlunun seçki qərargahının geniştərkibli iclası keçirilib - VİDEO/FOTOLAR




35 saylı Xətai üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd, Rauf Arifoğlunun seçki qərargahının geniştərkibli iclası keçirilib.



Əksəriyyəti könüllü sakinlərdən ibarət 100-dən çox qərargah üzvünün iştirak etdiyi toplantıda bu günə qədər həyata keçirilən işlər barədə məlumat verilib, görüləcək işlərin planlaşdırılması aparılıb. Ölkənin tanınmış ictimai-siyasi xadimlərindən və 35 saylı Xətai üçüncü seçki dairəsi ərazisində yaşayan sakinlərdən ibarət qərargah üzvləri təkliflərini səsləndiriblər.

İclasda seçki qərargahının rəhbəri, tanınmış jurnalist Çingiz Özgür, deputatlığa namizəd Rauf Arifoğlunun vəkili və seçki platformasının həmmüəlliflərindən biri, sabiq maliyyə naziri Saleh Məmmədov, Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xətai rayon təşkilatının sədri Sabit Kazımov, Xətai rayonunda yerləşən Mir Tağı məscidinin dini icmasının sədri Seyyid Mir Cəfər Ağa və digər qərargah üzvləri Iıçıxış edib, görüləcək işlərdən danışdılar. İclasda həmçinin Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov, Qarabağ Azadlıq təşkilatının sədri Akif Nağı iştirak edib.

Qərargahın iclası təkliflərin dinlənilməsi ilə davam edib.



















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu