Ağsu Polis İdarəsində işgəncə - İki gənci bu günə saldılar/FOTO




Kürdəmir rayonu Atakişili kənd sakini Əliyev Natiq Feruz oğlu özünün və dayısı oğlu Həsəsnov Azər Zahid oğlunun Ağsu polis idarəsində fiziki işgəncələrə məruz qalmalarına dair redaksiyamıza müraciət edib.



AFN-ə göndərilən müraciətdə qeyd olunur ki, 21 dekabr 2019-cu ildə Kürdəmir rayonunun Ucarlı kəndində olarkən dayısı oğlu Həsənov Azər ona məxsus 10 FP 629 nömrəli "Mercedes" markal avtomobillə Ağsu-Kürdəmir yolunun Ucarlı kənd ərazisinə çıxıb. Bu zaman Ağsu Yol Polisi İdarəsinin əməkdaşları onu saxlayıb. Sənədləri qaydasında olmadığı üçün polislər avtomobili və sürücünü Ağsu Polis İdarəsinə aparıblar.

"Mən də məsələ ilə əlaqədar digər dayım oğlu Həsənov Heydər Gülbala oğlu ilə birlikdə Ağsuya yollandıb. Polis idarəsinə gedib Kürdəmirdə baş vermiş yol qayda pozuntusunun nə üçün Ağsuda araşdırıldığına etirazımı bildirdim. İdarədə polislər bizimlə çox aqressiv davrandılar. Onlardan biri dayım oğlu Həsənov Azərin burununa yumruq zərbəsi vurdu. Onları aralamaq istədikdə mənim də sifətimə - sağ gözümdən yumruqla vurdular. Bu azmış kimi bizi idarədə təkadamlıq kameraya saldılar. Bir gün orada ac-susuz saxladılar. Guya polisə müqavimət göstərməyimizlə bağlı akt tərtib etdilər. İdarədə olarkən tibbi ekspertizadan keçirilməyimizi tələb etsəm də, tələbim qulaqardına vuruldu", deyə Natiq Əliyev qeyd edib.

Daha sonra Kürdəmir rayon polis idarəsinə gələn Natiq Əliyevin şikayətini burada da araşdırmaqdan imtina ediblər. Rayon tibbi-ekspertiza idarəsinin həkimləri onu müayinə etməkdən imtina ediblər. Qeyd olunub ki, polisin razılığı olmadan vətəndaşı tibbi-ekspert müayinəsindən keçirə bilməzlər.

Əlacsız qalan N.Əliyev Daxili İşlər Nazirliyinin "102" qaynar-xəttinə və daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

O, müraciətində Ağsu rayonu Polis İdarəsində onları vuran polis əməkdaşlarının cəzalandırılmasını xahiş edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu