BDU-da “Pulsuz təhsil” şüarı ilə bağlı araşdırmalar başlayıb




BDU-da “Pulsuz təhsil” şüarı ilə bağlı araşdırmalar başlayıbBakı Dövlət Universiteti (BDU) 2 saylı korpusun binasından şüar asılmasına münasibət bildirib.



Universitetdən verilən məlumata görə, hazırda məsələ araşdırılır.

Qeyd edək ki, sosial şəbəkələrdə BDU-nun 2 saylı korpusunun fasadından “Pulsuz təhsil” şüarı yazılmış plakatın asıldığını əks etdirən foto yayılıb. 6-cı mərtəbənin pəncərəsindən endirilən afişa Şərqşünaslıq fakültəsinin bir qrup tələbəsi tərəfindən hazırlanıb. Həmin şüarı hazırlayan tələbələr hazırda dərslərini davam etdirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu