“Azərtütün”ün rəhbəri dəyişib




“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC-nin rəhbəri dəyişib.



İndiyə qədər şirkətə rəhbərlik edən Cavid Ağamaliyev vəzifəsini tərk edib, onu Eldar Məmmədov əvəzləyib.

Xatırladaq ki, “Azərtütün” 2006-cı ildə Azərbaycan şimal-qərb bölgəsində (Balakən, Zaqatala, Qax, Şəki) tütün istehsalı məqsədi ilə yaradılmış "İnter Tobakko" MMC-nin bazasında 2018-ci ildə yaradılıb. Şirkət vaxtilə "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən götürdüyü kreditləri vaxtında qaytarmadığı üçün onun əmlakları müsadirə edilərək ötən il ASK-ya verilib. (Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu