"MÜSİAD Azərbaycan" Türkiyədə iş adamlarını Azərbaycana sərmayə qoymağa dəvət edib




Trabzonda iş adamları üçün düzənlənən “IV İpəkyolu Zirvəsi”ndə dünyaca məşhur olan şirkətlərin vitse-prezidentləri bir araya gəliblər.



AFN xəbər verir ki, tədbirin açılışını Türkiyənin maliyyə və xəzinə naziri Berat Albayrak edib. Cənab nazir “Çinin tarixi “İpək yolu”nu canlandırmaq, Sakit okeandan Atlantikə qədər ticarət körpüsü qurmaq naminə KuşaqYol layihəsinin 8 trilyon dollarlıq həcmi və ticarətə gətirəcəyi yeni gəlir ana dayanacaqlardan biri olan Türkiyə iqtisadiyyatı üçün fürsətdir”, - deyə sözə başlayıb.
“IV İpəkyolu Zirvəsi”nə qatılan "MÜSİAD Azərbaycan"ı təmsil edən iş adamları ikili görüşlər zamanı Azərbaycandakı sərmayə sektorları haqda müzakirələr aparıblar.
"MÜSİAD Azərbaycan" Birliyinin İdarə Heyətinin üzvü Mehmet Akbıyık çıxışı zamanı ən böyük hədəflərinin Azərbaycana sərmayə qoydurmaq olduğunu bildirib. O, tədbirdə dövlətin sərmayəçilərə diqqət çəkən təkliflər irəli sürdüyünü də anladıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu