İki prospektin kəsişməsində dəyişiklik edildi - FOTOLAR




Z.Bünyadov və M.K.Atatürk prospektlərinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib.



Bakı Nəqliyyat Agentliyindən AFN-ə verilən məlumata görə, dəyişiklik nəticəsində artıq Ziya Bünyadov prospekti kənar yol ilə hərəkət edən nəqliyyat vasitələri (Olimpiya stadionu istiqamətində) M.K.Atatürk prospekti ilə kəsişmədə yeni təşkil edilmiş yolayrıcları hesabına hərəkətlərini birbaşa davam etdirə biləcəklər. Yolayrıcında hərəkət işıqforlarla nizamlanır.

Dəyişikliyin üstün cəhətləri:

- bu prospektlərdə yaranan tıxac və sıxlıq hallarının aradan qalxmasına müsbət təsir edir;

- piyada təhlükəsizliyi təmin edilir;

- sərnişindaşımalarda keyfiyyətin daha da yüksəldilməsinə köməklik göstərir;

- nəqliyyat vasitələrinin daha az məsafə qət etməsinə imkan yaradır.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu