Tərtər RİH-in başçısı işə yeni qəbul olmuş gənc müəllimlərlə görüşüb




Təhsil nazirliyi tərəfindən müsabiqə yolu ilə rayonun müxtəlif məktəblərinə işə qəbul olunmuş müəllimlərlə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun görüşü keçirildi.



Görüşdə rayon rəhbəri işə yeni qəbul edilmiş müəllimləri təbrik etdi, onlara gənc nəslin təlim-tərbiyəsi sahəsində şərəfli işlərində uğurlar dilədi. Gənc müəllimlərin hər birini ayrı-ayrılıqda dinləyərək qayğıları ilə maraqlandı, dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışdı.

Gənc müəllimlər böyük həvəslə öz arzu və istəklərini, qayğılarını rayon rəhbəri ilə bölüşdülər.

Qeyd edək ki, bu il rayonun ümumtəhsil məktəblərinə müxtəlif ixtisaslar üzrə vakant yerlərə 30-u daimi, 19-u müddətli müqavilə ilə olmaqla 49 nəfər müəllim qəbul edilib.

Tədbirin sonunda xatirə şəkli çəkildi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu