Sabunçuda qazın dayandırılması təxirə salınıb
Sentyabrın 9-da saat 10:00-dan orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Sabunçu rayonunun Zabrat qəsəbəsində planlaşdırılan qaz təchizatının dayandırılması texniki səbəblərdən təxirə salınıb.
AFN-ə bu barədə məlumat “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilib.