Bu rayonlarda qazın dayandırılması təxirə salınıb
Göyçay, Ucar, Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində Qaz İxrac İdarəsinin balansında olan “Qazıməmməd-Qazax” magistral qaz kəmərində aparılacaq təmir işlərinə görə qaz təchizatının bu gün saat 10:00-dan etibarən 2 gün müddətinə dayandırılması texniki səbəblərdən təxirə salınıb.
Yəni hər hansı məhdudiyyət olmayacaq.