İstanbulda dənizlə quru birləşir… – İmamoğlunun ilk sınağı/FOTOLAR




İstanbulda şənbə günündən davam edən şiddətli yağışlar sakinlərə çətin anlar yaşadıb.

Ölüm hadisəsinin də yaşandığı təbii fəlakət nəticəsində yollar çöküb, yeraltı keçidlər suyun altında qalıb. Artıq şəhərdə hava şəraitinə görə, gəmi səfərləri dayandırılıb, İstanbul Boğazı nəqliyyat üçün bağlanıb. Xüsusilə, Üsküdar, Kadıköy, Eminönü bölgələrində müşahidə edilən güclü yağış Üsküdarda dənizlə qurunu birləşdirib.

Yağışın fəsadlarını incələmək üçün hadisə yerinə gələn İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğluHidrometeorologiya Departamentinin vətəndaşlara xəbərdarlıq etməkdə çox gecikdiyini bildirib:

“15-20 dəqiqə ərzində, saatda 114 kiloya çatan yağışla başa çıxmaq mümkün deyil. Xəbərdarlıq çox gec olunub. Bu da bizi təəssüfləndirdi. Sənədlərdə 40 kilo göstərilib, ancaq fərq çox böyükdür. Yarımadada kanalizasiya və qurunt sularının kanalları iç-içədir. Əvvəlcə bunları həll etməli olduğumuzun fərqindəyik. Yol kənarında obyektləri olan şəxslər çətin vəziyyətdə qalıb. Bu, onların həll edə biləcəyi bir şey deyil. Birdəfəlik həll olunmalıdır. Maddi və mənəvi olaraq zərərçəkənlərin yanındayıq”.

Bələdiyyə sədri onu da qeyd edib ki, onlara 1800-ə yaxın müraciət daxil olub və hər biri ayrı-ayrılıqda incələnib.

İmamoğlu hadisə yerində olan zaman ona vətəndaşların marağı da böyük olub. Belə ki, Üsküdara gedən İmamoğlu sel fəsadlarını müzakirə edən zaman xeyli sayda vətəndaş ona yaxınlaşıb, şəkil çəkdirmək istəyib. Ölkədə təbii fəlakətin yaşandığı bir zamanda sakinlərin bu hərəkəti sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Son olaraq qeyd edək ki, Hidrometeorologiya Departamenti gözlənilən şiddətli yağışlarla bağlı vətəndaşlara yenidən xəbərdarlıq edib. Bildirilib ki, 19-22 avqust tarixlərində yağışların leysan xarakterli olacağı gözlənilir.(Qafqazinfo)
















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu