Niderland baş nazirinin ofisinə bomba atılıb


Niderlandın Baş naziri Rob Yettenin lideri olduğu "Demokratlar-66" (D66) partiyasının Haaqadakı qərargahına partlayıcı qurğu atılıb.

AFN.az NOS telekanalına istinadən xəbər verir ki, hadisə 7 may tarixində, yerli vaxtla saat 21:00 radələrində baş verib. Hadisə zamanı binanın pəncərələri zədələnsə də, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Polis ərazini dərhal mühasirəyə alıb və partlayıcı maddələr üzrə ekspertlər (EOD) araşdırmaya başlayıb. Baş nazir Rob Yetten insidenti "demokratiyaya hücum" adlandıraraq pisləyib: "Siyasi fikirlərə görə zorakılığa əl atmaq qəbuledilməzdir".

Hücumu törədən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu