ƏDV geri alda yenilik: bu sahələrdə də ƏDV qaytarılacaq


“Vergi Məcəlləsinə” gələn ildən “ƏDV geri al” mexanizmi ilə bağlı yeni dəyişikliyin edilməsi nəzərdə tutulub. Layihə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dəstəklənərək plenar iclasa tövsiyə edilib”.

Bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, yeni dəyişikliklərə əsasən, gələn ildən vətəndaşlara “ƏDV geri al”a görə daha çox vəsaitin ödənilməsi nəzərdə tutulur: “Belə ki, təklif edilən layihəyə əsasən, bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə “ƏDV geri al” mexanizminin tətbiqi həyata keçiriləcək. Bu o deməkdir ki, sözügedən xidmətlərdən istifadə edən vətəndaşlarımız ödədiyi verginin bir hissəsini geri ala biləcəklər”.

Deputatın sözlərinə görə, yeni qaydalarda məqsəd qeyd olunan sektorlarda şəffaflığı gücləndirmək və nağdsız ödənişləri stimullaşdırmaqdır: “Bu eyni zamanda, həmin xidmətlərdən istifadə zamanı vətəndaşlarımızın ödəşinin bir hissəsinin geri qaytarılması yolu ilə istehlakaçılara vəsait ödənilməsinə imkan verəcək. Bu isə birbaşa stimullaşdırıcı xarakter daşıyır. Bu baxımdan, yeni qaydalar istehlakçıların ödədikləri vəsaitin bir hissəsini geri almağa imkan yaratmaqla yanaşı, sözügedən sahənin “ağarması” prosesini sürətləndirəcək”.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu