Azərbaycan radiosunun binası söküləcək - Əməkdaşlar AzTV-yə köçürülür


Azərbaycan Radiosunun binasında söküntü işləri aparılacaq.

APA-nın əldə etdiyi məlumata görə, radionun fəaliyyətində fasilə yaranmaması üçün əməkdaşlar işlərini Azərbaycan Televiziyasının (AzTV) binasında davam etdirəcək.

AzTV-nin mətbuat xidməti faktı təsdiqləyib. Bildirilib ki, radionun binası söküldükdən sonra təməlqoyma və yeni binanın tikintisi gözlənilir:

"Azərbaycan radiosunun yeni binasının neçə mərtəbədən ibarət olacağı hələ ki məlum deyil. Bu, gələcək situasiya və əməkdaşların sayına görə dəyişə bilər".






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu