"Vətən Bağı" STİB-nin üzvləri şəhid Yunis Abbasovun il mərasiminə qatılıblar


"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin rəhbəri Emin Tarverdiyev və İB üzvləri şəhid Abbasov Yunis Vasif oğlunun il mərasiminə qatılıblar.



AFN.az xəbər verir ki, ziyarət bədbəxt hadisə nəticəsində həlak olan hərbçimizin ailə üzvlərinə dəstək məqsədilə baş tutub. Şəhidimizin ailəsi ilə görüş zamanı onların vəziyyəti, dövlətimizin şəhid ailələri və qazilərə qayğısı müzakirə edilib. Mərasimdə şəhidin ruhuna dualar oxunub, xatirəsi anılıb.



Qeyd edək ki, Abbasov Yunis Vasif oğlu uçqun altında qalaraq həlak olub. Vəfatından bir gün sonra ona şəhidlik statusu verilib.



1981-ci il təvəllüdlü hərbçimiz əslən Zaqatala rayonundan olub. Ailəli olan Yunis Abbasovun üç övladı yadigar qalıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu