"Azərsun Holdinq" jurnalist övladlarına bayram sevinci yaşatdı

“Azərsun Holdinq” mətbuatın 150 illiyi ilə bağlı təşkil etdiyi layihələr çərçivəsində növbəti tədbirini Mətbuat Şurası ilə birlikdə media nümayəndələrinin övladları üçün keçirib.
1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə “Dream Əyləncə”də təşkil olunan tədbir boyama master klassı ilə başlayıb.
Bu, uşaqların yaradıcı təxəyyülünü canlandırıb.
Bayram şənliyi animatorların uşaqları əyləndirməsi, onlar arasında müxtəlif əyləncəli oyunların keçirilməsi ilə davam edib.
Sonda isə balacalar “Dream Əyləncə”də maraqlı vaxt keçiriblər.
“Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Rza Məmmədov qeyd edib ki, bu kimi tədbirlər yalnız bayram ovqatı yaratmaq məqsədi daşımır, eyni zamanda jurnalistlərin ailə üzvlərinə diqqətin bir təzahürüdür.
Onun sözlərinə görə, mətbuatın 150 illiyi münasibətilə il ərzində daha bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub:
“Media nümayəndələrinə dəyər vermək, onlarla birgə vaxt keçirmək bizim üçün də xoşdur. Bu tip görüşləri daha da intensivləşdirməyi planlaşdırırıq.”