İlham Əliyev, Ərdoğan və Şahbaz Şərif Laçında sərgidə iştirak etdilər - FOTOLAR


Mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçın şəhərindəki seyrəngahda olublar.

Prezident İlham Əliyevin iki il əvvəl – 28 may tarixində, bu seyrəngahda Laçına ilk köç edən keçmiş məcburi köçkünlərə evlərinin açarlarını təqdim etdiyi barədə qonaqlara məlumat verilib.

Bildirilib ki, hazırda Laçında istifadəyə verilmiş bir sıra müəssisələrin məhsulları bu ərazidə təşkil edilən sərgidə nümayiş olunur.

Sərgidə “Laçın” Aqro-Sənaye Parkı, “PIRSHAGHI” ayaqqabı fabriki, “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzinin Laçın filialı, “LATIFA” Laçın tikiş fabriki tərəfindən istehsal olunan məhsullar təqdim edilib.

Həmçinin sərgidə “Bakı Abadlıq Xidməti”, efir yağları zavodu, “Naxışlı” tikiş evi, Laçındakı Heyvandarlıq Seleksiya Mərkəzi və “Həkəri” balıqçılıq təsərrüfatı da təmsil olunub.

Qeyd edək ki, bu sərgi 28 May – Müstəqillik Gününə həsr olunub.








































AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu