Sabaha olan hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında mayın 23-ü hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Bu barədə məlumatı Milli Hidrometeorologiya Xidməti yayıb.
Qeyd olunur ki, şimal-şərq küləyi səhər saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu:
- Gecə: 15-17° isti
- Gündüz: 24-29° isti
Atmosfer təzyiqi: 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək.
Nisbi rütubət: gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.
Havanın temperaturu rayonlarda:
- Gecə: 13-18° isti
- Gündüz: 26-31° isti
- Dağlarda gecə: 5-10° isti
- Dağlarda gündüz: 15-20° isti