Küləkli hava sabahadək davam edəcək

Bu gün saat 17:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AFN.az-a verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 25-28 m/s, Gəncədə 18 m/s, Sabirabadda 17 m/s, Kəlbəcərdə 16 m/s, Bərdə, Biləsuvarda isə 15 m/s-dək güclənir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20, Aran rayonlarında 27, Naxçıvan MR-də 28, dağlıq rayonlarda isə 19 dərəcəyədək isti qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin mayın 22-dək davam edəcəyi gözlənilir.