Macarıstanda prezidentlərə təqdim olunan yemək menyusu yayıldı - FOTO


Budapeştdə Türk Dövlətləri Təşkilatının liderləri üçün rəsmi lanç təşkil edilib



Bu gün Macarıstanın paytaxtı Budapeştdə Baş nazir Viktor Orbanın adından Türk Dövlətləri Təşkilatının dövlət və hökumət başçılarının şərəfinə rəsmi lanç verilib.



AFN.az xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevdə iştirak edib.



Sosial şəbəkələrdə yayılan görüntülərdə diqqət çəkən məqamlardan biri isə təqdim edilən menyunun Azərbaycan dilindəhazırlanması olub. Bu fakt izləyicilərin və media nümayəndələrinin diqqətini cəlb edib və müsbət qarşılanıb.



Qeyd edək ki, Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi statusuna malikdir və ölkə rəhbərliyi Türk dünyası ilə əlaqələrin inkişafına xüsusi önəm verir.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu