Bakıda “Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda konfrans keçiriləcək


“Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda konfrans keçiriləcək



Mayın 24-də “Yeni Klinika”da “Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda konfrans təşkil olunacaq.



AFN.az xəbər verir ki, tədbir “Sağlamlığın Qorunması” İctimai Birliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə təşəbbüsü ilə həyata keçiriləcək. Konfrans “Sağlam Addımlar: Artıq Çəkiyə Son” layihəsinin tərkib hissəsi kimi keçiriləcək və ictimaiyyətdə piylənmənin yaratdığı risklərə diqqət çəkməyi hədəfləyir.



Konfransın əsas məqsədi piylənmənin profilaktikası, diaqnostikası və müalicəsi sahəsində müasir tibbi yanaşmaların təqdim olunması, eləcə də yerli və beynəlxalq mütəxəssislərin təcrübə mübadiləsinə şərait yaratmaqdır. Tədbirdə ürək-damar, endokrin və digər sistem xəstəlikləri ilə piylənmə arasında əlaqələr geniş müzakirə olunacaq.



Konfransda aşağıdakı mövzular ətrafında panel müzakirələr keçiriləcək:



  • “Sağlam arıqlama, immunitetin gücləndirilməsi və gənc qalmağın təbii yolları”

  • “Artıq çəki və piylənmə – ürək-damar xəstəliklərinin risk amilləri”

  • “Piylənmə olan uşaqlarda həkim-xəstə münasibətlərinin etik aspektləri”

  • “Ölkəmizdə Aşırı Piylənmənin Cərrahi Müalicəsi və keçdiyi yol”



Konfransda Azərbaycanla yanaşı Türkiyədən də tanınmış mütəxəssislər iştirak edəcək. Onlar öz ölkələrində tətbiq olunan qabaqcıl elmi-praktiki yanaşmaları təqdim edəcəklər ki, bu da beynəlxalq təcrübə mübadiləsi və regional əməkdaşlıq üçün imkan yaradacaq.



Konfransın açılışını “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, t.e.d. Yazgül Abdıyeva edəcək. Ardınca millət vəkili, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə Heyətinin sədri, t.e.d. Rəşad Mahmudov, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi, prof. Hikmət İbrahimli və “Yeni Klinika”nın direktoru dr. Barat Yusubov çıxış edəcəklər.



Tədbir zamanı mövzu ilə bağlı videoçarx təqdim olunacaq, konfransın sonunda isə bədii hissə ilə proqram davam etdiriləcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu