Yaşar Gülər Azərbaycana gəlir

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bu gün Azərbaycana gələcək.
Bununla bağlı məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında iştirak etdikdən sonra ölkəmizə yola düşəcək.