Ən çox nöqsanlar büdcə qanunvericiliyi və satınalmalar üzərindədir - Əli Məsimli

Auditlər göstərir ki, ən çox nöqsanlar büdcə qanunvericiliyi və satınalmalar üzərindədir.
Bunu millət vəkili Əli Məsimli parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında, Hesablama Palatasının 2024-cü il fəaliyyəti üzrə hesabatının müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, çatışmazlıqlar uzun illərdir var və davam edir: “Bu nöqsanlar 10 il bundan qabaq da, 5 il bundan əvvəl də və 2024-cü ildə də belə idi. Kifayət qədər tövsiyyələr qəbul olunur, amma niyə bu sahədə keyfiyyət nöqteyi-nəzərdən qiymətləndiriləndə o qədər də dəyişiklik görünmür?!"
Ə.Məsimli bildirib ki, artıq satınalmalarla bağlı qanun qəbul olunub. "Bu qanunun qəbul olunması ilə əlaqədar nə qədər faktlar sadalanıb. Bu, açıq şəkildə göstərir ki, qanun qəbul olunub, amma onun reallaşması mexanizmi yetərli səviyyədə olmadığı üçün həmin çatışmazlıqlar kifayət qədərdir”, - deyə millət vəkili qeyd edib.