Mask: X-ə böyük kiberhücum həyata keçirilir

X sosial media platformasının sahibi İlon Mask platformada böyük kiberhücumun həyata keçirildiyini açıqlayıb. İstifadəçilər X-ə daxil olmaqda çətinlik çəkirlər.
Mask X ilə bağlı verdiyi açıqlamada, "X-ə qarşı böyük bir kiberhücum edildi və hələ də edilir" deyib.
Hər gün hücumlara məruz qaldıqlarını ifadə edən Mask, bu dəfə hücumun “çox böyük qaynaqlarla” həyata keçirildiyini bildirib.
İlon Mask hücumun arxasında böyük və koordinasiyalı bir qrup və ya ölkənin olduğunu və vəziyyətin təqib edildiyini bildirib.