Üzünü ülgüclə kəsdi, 6 min dollar təzminat aldı
Londonda mağazadan aldığı ülgüclə üzünü kəsən Nik Silversorn firmanın günahkar olduğunu iddia edərək məhkəməyə müraciət edib.
Londondan olan 48 yaşlı Nik Silversorn ilk dəfə mağazadan aldığı ülgücdən istifadə edib.
Silversorn aldığı ülgüclə üzünü təraş edən zaman hər iki tərəfindən kəsib. Kişi ülgücün nasaz olduğunu iddia edərək şirkəti məhkəməyə verib.
Zərərin ödənilməsi üçün məhkəməyə müraciət edən Silversorn 6650 dollar təzminat alıb.
Kəsiklərinin həftələrlə sağalmadığını və izlər qaldığını söyləyən Silversorn, "Bunlar adi kəsiklər deyildi. Qanama dəqiqələrlə dayanmadı" qeyd edib.
Silversorn 20 ildir təraş olduğunu da əlavə edərək, "Mən heç vaxt belə bir şey yaşamamışam" deyib.