Blinken: HƏMAS kadr itkilərini demək olar ki, əvəzləyib
ABŞ administrasiyası hesab edir ki, HƏMAS hərəkatı 2023-cü il oktyabrın 7-dən indiyədək şəxsi heyətdəki itkilərini demək olar ki, kompensasiya edə bilib.
Bunu Vaşinqtonda yerləşən Atlantik Şurada çıxışı zamanı ABŞ dövlət katibi Entoni Blinken deyib.
"Biz İsrail hökumətinə uzun müddətdir ki, HƏMAS-ı tək hərbi əməliyyatla məğlub etmək mümkün olmadığını demişik. Aydın bir alternativ olmadan, münaqişədən sonrakı plan və fələstinlilər, HƏMAS və ya eyni dərəcədə dəhşətli və təhlükəli bir şey üçün real siyasi perspektivlər geri qayıdacaq" - deyə Blinken bildirib.
O, Qəzzanın şimalında baş verənlər haqda bunları deyib: "İsrail hər dəfə hərbi əməliyyatlar keçirib geri çəkildikdə, HƏMAS yenidən qruplaşır və geri qayıdır, çünki boşluğu dolduracaq heç bir şey qalmayıb. Hesab edirik ki, HƏMAS az qala itirdiyi qədər yeni döyüşçü qazanıb, bu, uzun sürən üsyan və sonsuz müharibə üçün şərait yaradır”.