Braziliyada torpaq sürüşməsi nəticəsində azı 11 nəfər ölüb


Braziliyanın İpatinga bölgəsində baş verən torpaq sürüşmələri 11 nəfərin həyatına son qoyub.



Bu barədə yanvarın 12-də CNN telekanalının Braziliya bölməsi məlumat yayıb.

Minas Gerais Dövlət Hərbi Yanğından Mühafizə Xidmətinin (CBMMG) məlumatına görə, həlak olanlardan ikisi səkkiz yaşlı uşaqdır. Yaşı 31-55 arasında olan daha beş böyük, həmçinin dörd yaşlı insan kataklizmdən sağ çıxa bilməyib.

Digər itkin düşənlərin tapılması istiqamətində axtarışlar davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu